Xidmətlər

Anbarları İcarəyə

Məhsul və yüklərlə çalışan istənilən şirkət gec və ya tez məhsulların ambarlarda rahat və səmərəli saxlanması problemi ilə üzləşir. Bu gün həmin problemin həllinin üç yolu mövcuddur:

  • Şəxsi ambar tikmək və ya satın almaq;
  • Anbar icarəyə götürmək;
  • Fərdi və məsuliyyətli saxlama anbarlarının xidmətindən istifadə etmək.

Şəxsi anbara malik olmaq böyük həcmdə inzibati və maliyyə sərmayələrinin qoyulmasını tələb edir ki, bu da çox vaxt ümidləri doğrultmur.

Anbarın icarəyə götürülməsi də heç də hamıya uyğun deyil: bir qayda olaraq, anbarlar icarəyə uzun müddətə verilir ki. bu da məhsulun müvəqqəti saxlanması üçün rahat deyil. Bundan əlavə, əgər icarəyə götürənə sahəni böyütmək və kiçiltmək lazım gəldikdə o yeni icarə sahəsi axtarmaq məcburiyyətində qalır.

Yaranmış vəziyyətdə optimal çıxış variantı – məsuliyyətli və fərdi saxlama xidmətlərinə bölünən məhsulların müvəqqəti saxlanmasıdır.

Saxlamanın bu iki növü arasında fərq nədən ibarətdir?

Bu gün məsuliyyətli saxlama anbarları yükün yığılması və hesabatından başlayaraq məhsulun anbarda yığılması və çeşidlənməsi üzrə əməliyyatlar, qablaşdırma və müştərinin sifarişinin formalaşdırılması da daxil olmaqla olduqca böyük bir anbarlar və lojistika kompleksidir. Belə bir xidməti təklif edən şirkət məhsulun saxlanması və mümkün olan itirilmə təhlükəsi ilə əlaqədar olaraq bütün məsuliyyətləri öz üzərinə götürür.

Məsuliyyətli saxlama anbarları ona görə sərfəlidir ki, icarəyə götürən sadəcə öz konkret məhsulunun saxlanması haqqını ödəyir, hansı ki, o, anbarı icarəyə götürən zaman, anbarın hansı hissəsindən real olaraq istifadə etməsindən asılı olmayaraq onun bütün ərazisinin icarə haqqını ödəyir. Lakin bu zaman, anbar saxlamaya verilmiş mülkiyyətin qorunmasına məsuliyyət daşıyır, nəinki məhsulun tərkibi ilə əlaqədar olan məhdudiyyətlər  vardır, hətta müstəqil şəkildə anbara gəlmək də məhdudlaşdırlır – bir qayda olaraq siz öz məhsulunuzu ilkin razılaşmalarda göstərilən və sifarişlə rəsmiləşdirilən vaxtdan əvəl götürə bilməzsiniz.

Məsuliyyətli saxlama anbar xidmətlərindən fərqli olaraq, fərdi saxlama anbarlarında sizə lojistika xidmətləri təklif edilməyəcək, lakin siz istənilən vaxt böyüdülə və kiçikləşdirilə bilən, sizə vacib olan sahəni əldə edə bilərsiniz.

Fərdi saxlamanın əsas üstünlüyü – sizin hərəkətlərinizin tam sərbəstliyidir. Məsuliyyətli saxlama anbarlarından fərqli olaraq saxlamay təhvil verdiyiniz məhsulun tam təsvirini təqdim etməyə ehtiyac yoxdur. Eləc də yükün və ya onun bir hissəsinin nə vaxt götürüləcəyini əvvəlcədən müəyyənləşdirməyə gərək yoxdur – fərdi saxlama anbarlarında siz bunu əvvəlcədən razılıq olmadan da istədiyiniz vaxt reallaşdıra bilərsiniz.

Mülkiyyətin fərdi və ya məsuliyyətli saxlama xidmətiləri – bu sizin rahatlığınız və məhsul və yüklərinizin təhlükəsizliyidir. 

Bizim anbar öz dəmir yol qolu ilə Xırdalan dəmir yol stansiyasının yanında yerləşir.

Bizdə üstü açıq və üstüörtülü anbarlar, eləcə də işçi qüvvəsi və bütün avadanlıqlar vardır: Qaldırıcı kran, avtokar və yüklərin daşınması üçün yük maşınları!