Məxfilik Siyasəti

İşgüzar məxfilik siyasəti

Məxfilik siyasətinə əsasən bu sayt vasitəsilə “Metalson Incorporated” şirkətinə verdiyiniz istənilən məlumatın “Metalson Incorporated” şirkəti tərəfindən istifadə edilməsi və qorunması üsulları müəyyən edilir. 

Sizin məxfiliyinizi qoruyub saxlamaq “Metalson Incorporated” şirkətinin öhdəliyidir. Bu saytdan istifadə edərkən aşkarlana biləcəyiniz məlumatı təqdim etməyinizi istədiyimiz halda, verilən məlumatın yalnız məxfilik siyasəti üzrə bu sənədə müvafiq istifadə olunacağından əmin ola bilərsiniz.

“Metalson Incorporated” səhifəni yeniləməklə mütəmadi olaraq bu siyasəti dəyişə bilər. Səhifəni davamlı olaraq izləmklə dəyişikliklərdən razı qalıb-qalmadığınızdan əmin ola bilərsiniz. Müvafiq siyasətin qüvvəyə minmə tarixi 1 Dekabr 2013.

Toplanılan məlumat:

Aşağıda sadalanan məlumatları toplaya bilərik:

  • Ad və vəzifə
  • Elektron ünvan da daxil olmaqla əlaqə vasitələri barədə məlumat
  • Poçt indeksi, üstünlük və maraqlar kimi demoqrafik məlumatlar
  • Müştəri sorğularına və/və ya təkliflərinə aid digər məlumatlar

Topladığımız məlumatlarla nə edirik

Bu məlumatlardan ehtiyaclarınızı daha yaxşı anlamaq və sizlərə daha yaxşı xidmət göstərmək üçün istifadə edirik. Eyni zamanda məlumatlar aşağıda sadalanan səbəblər üçün də istifadə edilir:

  • Məlumatların daxili saxlanması
  • Məlumatlar xidmətlərimizi və məhsullarımızı təkmilləşdirmək məqsədilə istifadə oluna bilər.
  • Periodik olaraq bizə təqdim etdiyiniz mail ünvanı vasitəsilə sizi maraqlandıra biləcək yeni məhsullarımız, xüsusi təkliflərimiz yaxud hər hansı digər məlumat barədə tanıdıcı mail göndərə bilərik.
  • Vaxtaşırı bazar araşdırması məqsədilə təqdim etdiyiniz əlaqə vasitələrini istifadə etməklə sizinlə əlaqə saxlaya bilərik. Sizin elektron ünvan, telefon, faks yaxud poçt vasitəsilə əlaqə saxlaya bilərik. Məlumatdan yararlanaraq saytımızı sizing maraqlarınıza müvafiq edə bilərik.

Təhlükəsizlik

Biz sizin məlumatlarınızın təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyırıq. Qadağan olunmuş girişin və ya aşkarlamanın qarşısını almaq məqsədilə tərəfimizdən online toplanılan məlumatların təhlükəsizliyini təmin etmək və qoruyub saxlamaq üçün müvafiq fiziki, elektron və inzibati prosedurlar müəyyən edilmişdir.

“Cookie”lər necə istifadə edilir

“Cookie” kompüterinizin sərt diskinə yüklənmək üçün razılıq tələb edən kiçik fayldır. Razı olduğunuz təqdirdə, fayl əlavə edilir və “cookie” vasitəsilə web trafiki təhlil etmək yaxud sayta daxil olduğunuzda sizi məlumatlandırmaq imkanı verir. Web ərizə (Web application) öz əməliyyatlarını maraqlarınız barədə məlumatı toplayıb saxlayaraq sizin ehtiyaclarınıza, bəyəndikləriniz və bəyənmədiklərinizə müvafiq edə bilər.

Hansı səhifələrin istifadə edildiyini müəyyən etmək üçün biz trafik qeydiyyat “cookie” fayllarından istifadə edirik.  Bununla biz saytın trafiki barədə məlumatı təhlil edir və müştəri ehtiyaclarını ödəmək məqsədilə saytı təkmilləşdirmək imkanı qazanırıq. Biz bu məlumatdan yalnız statistik təhlillər məqsədilə istifadə edirik. Sonradan isə məlumat sistemdən silinmiş olur.

Ümumilikdə, “cookie” fayllar hansı səhifələri yararlı və hansıları yararsız hesab etdiyiniz barədə məlumatla təmin etməklə sizlərə daha peşəkar sayt təqdim etməyimizdə bizə yardımçı olur. “Cookie” fayllar bizə yalnız sizing bizimlə bölüşmək istədiyiniz fayllarınıza girişimizi təmin edir, sizin kompüterinizə və ya sizing barədə istənilən digər məlumata girişimiz yoxdur.

“Cookie” faylları qəbul edib etməmək seçimi sizdən asılıdır. Əksər ksər web brauzerlər avtomatik olaraq “cookie” faylları qəbul edirlər, lakin siz brauzerinizi sazlayaraq istədiyiniz halda “cookie” faylların qəbul edilməsindən imtina edə bilərsiniz.  Bu sizing saytda tam istifadə etməyinizi məhdudlaşdıra bilər.

Digər saytlara istinadlar/keçidlər

Saytımızda digər maraqlı saytlara istinadlar/keçidlər ola bilər. Bununla belə, bizim saytımızı tərk edərək bu istinadlardan/keçidlərdən istifadə etdiyiniz halda, qeyd etməliyik ki, bizim bu digər saytlar üzərində heç bir nəzarətimiz mövcud deyildir. Buna görə də bu saytlara baş çəkərkən təqdim etdiyiniz istənilən məlumatın mühafizəsi və təhlükəsizliyi (məxfiliyi) baxımından heç bir məsuliyyət daşımırıq və bu saytlar müvafiq məxfilik siyasəti barədə Qayda ilə tənzim olunmur. Siz öz təhlükəsizliyiniz baxımından ehtiyatlı olmalı və sözü gedən saytın məxfilik siyasəti ilə tanış olmalısınız.

Şəxsi məlumatlarınızın mühafizəsi

Şəxsi məlumatlarınızın toplanılmasına və ya istifadəsinə aşağıda qeyd edilən üsulları tətbiq etməklə qadağa qoya bilərsiniz:

  • Saytda forma doldurmağınız tələb olunduğu halda, birbaşa marketinq məqsədləri üçün istifadə edilməyini istətəmədiyinizi bildirmək üçün xanada müvafiq hissəni qeyd edin (klik edin)
  • Artıq bir dəfə şəxsi məlumatlarınızdan birbaşa marketinq məqsədləri üçün istifadə etməyimizə razılığınızı bildirmisinizsə, fikrinizi dəyişdiyiniz istənilən vaxt bizə yaza yaxud info@metalsoncompany.com ünvanına məktub göndərə bilərsiniz
  • Sizin razılığınız olmadan yaxud qanunun tələb etmədiyi həddə qədər şəxsi məlumatlarınızı üşüncü tərəflərə satmamaq, yaymamaq yaxud icarəyə verməmək öhdəliyi daşıyırıq. Şəxsi məlumatlarınızdan -sizin özünüz tərəfindən təsdiq edildiyi halda- üçüncü tərəflər barədə sizi maraqlandıracağını düşündüyümüz tanıtım xarakterli məlumat göndərmək üçün isitfadə edə bilərik.

Mail Ünvanı: info@metalsoncompany.com