Polipropilen

 

Polipropilen – poliolefinlər sinfinə məxsus olan sintetik termoplastik qeyriqütblü polimerdir. Propilenin polimerləşdirilməsi məhsuludur. Ağ rəngli bərk maddədir. Rənglənmiş və ya rənğlənməmiş, stabil qranullar şəklində olan, aşağı və orta təzyiqlərdə üzvü-metal katalizatorlarının iştirakı ilə propilen və etilendən əldə edilən homopolimer və həmpolimer formasında istehsal edilir. Rusiya bazarında polipropilen adətn ПП olaraq işarələnir, amma digər işarələnmələrə də rast gəlmək olar: PP (polipropilen), PP HO və ya PP homopolymer (polipropilen homopolimer),HİPP (yüksəkizotaktik polipropilen homopolimeri), PP-X, PP-XMOD (tikili polipropilen), PPCP və ya PP/Co və ya PP block-copolymer və ya PP impact copolymer (polipropilen blok-həmpolimer, propiln və etilen blok-həmpolimeri), PPM (aşağı tərkibli polietilenlə propilen və etilen blok-həmpolimeri), PPR (orta tərkibli polietilenlə propilen və etilen həmpolimeri), PPU (yüksək tərkibli piletilenlə propilen və etilen həmpolimeri), PPH (olduqca yüksək tərkibli polietilenlə propilen və etilen həmpolimeri), PP random copolymer (propilen və etilen statik həmpolimeri), PP-EPDM və ya PP/EP (polipropilen və üçqat etilen, propilen və diaen həmpolimerinin qarışığı), EPP (köpüklənən polipropilen), EMPP (kauçukla modifikasi edilmiş polipropilen, mPP (metaldəyərli poliproplen). QOST 26996-86 standartına müvafiq olaraq ölkə istehsalı polipropilen və propilen həmpolimerinin şərti işarələnməsi “polipropilen” və “həmpolimer” adlndan və beş rəqəmdən ibarətdir. Birinci rəqəm olan 2 və ya 0 onu göstərir ki, polimerləşmə prosesi, müvafiq olaraq aşağı və ya orta təzyiqlərdə üzvi-metal katalizatorlarında gedir. İkinci rəqəm materialın növünü göstərir: 1 – polipropilen; 2 – propilen həmpolimeri. Sonrakı üç rəqəm əritmənin axıcılıq göstəricisinin onluq ölçüsünü göstərir. Daha sonra tire işarəsindən sonra stabilləşmənin pesepti, sonra polipropilen və onun həmpolimerinin hazırlanmasına müvafiq olaraq növ və standartının işarəsi gəlir.

21020 markalı polipropilenin şərti işarələnməsi nümunəsində, 1-ci növ, 02 resepti üzrə stabiləşdirmədə: Polipropilen 21020-02, növ 1, QOST 26996-86. Rənglənmiş polipropilen və ya həmpolimerin istehsalında əlavə sözlə rəng və rənglənmənin reseptini işarələyən üçişarəli rəqəm göstərilir.

21030 markalı polipropilenin şərti işarələnməsi nümunəsində, 06 resepti ilə stabilləşdirilən, 105 resepti ilə qırmızı rəngə rənglənən, 1-ci növ: Polipropilen 21030-06, qırmızı, rs.105, növ1, QOST 2696-86.

Propilenin şərti işarələnməsindən çıxış edərək, polipropilenin markasındakı üç sonuncu ədəddən ibarət olan rəqəmi 10-a bölməklə PTR-i tapmaq və PP-nin konkret markasının hazırlanma vasitəsini müəyyən etmək olar. PTR < 1- ekstruziya; 2,5-dən 4-ə qədər PTR – şişmə ilə ekstruziya, 3 və daha çox PTR – təzyiq altında tökmə. Propilen polipropilen və həmpolimerinin markası onların əldə edilməsi, xüsusiyyətləri və təyinatından asılı olaraq məüyyən edilir.

QOST 26996-86 standartına müvafiq olaraq aşağı təzyiqli polipropilenə on bir marka dixildir: 2103, 2107, 21012, 21015, 21020, 21030, 21060, 21100, 21130, 21180, 21230; orta təzyiqli polipropilenə dörd marka daxildir: 01003, 01005, 01010, 01020; aşağı təzyiqli polipropilen həmpolimerinə üç marka daxildir: 22007, 22015, 22030.

Lakin bazarda polipropilenin digər marka növləri də mövcuddur, belə ki, istehsalçıların əksəriyyəti öz TŞ-nə müvafiq olaraq işləyirlər.