Abraziv Tozu

Metalson İncorporated Company Azərbaycan ərazisində Rusiyanın Uraz Qrit və Prom Resurs Ekologiya zavodlarının abraziv tozunun yeganə distribyüteridir.

Abraziv tozu müxtəlif sənaye sahələrində kuperşlak, nikelşlak, mineral qırma, cilə dənli kimi adlarla da tanınır.

Abraziv tozu aşağıda göstərilən səthlərin şırnaqlı təmizlənməsi üçün təyin edilib:

Metal – köhnə örtüklərin, dəmir yanıqlarının, paslanmanın təmizlənməsi, səthin qouyucu örtüyün vurukmasına hazırlıq;

Kərpic, beton, daş – təmir zamanı dağıdılmış və donu açılmış sahələrin təmizlənməsi, eləcə də rənglənmə, döşəmənin cilalanmasından əvvəl.

Səthlərin abraziv tozu ilə işlənməsi qumşırnaqlı, hidroabraziv və ya odlu-abraziv metodlarla həyata keçirilir.

Texnologiyanın qoruyucu örtüklərin vurulması tələbinə müvafiq olaraq xarici istehsalçılar, eləcə də Rusiya istehsalçıları tərəfindən  abraziv tozu tətbiq edilməsi abraziv-şırnaq metodu ilə həyata keçirilməlidir. Səthlərin abraziv tozu ilə hazırlanması zamanı bir sıra istehsalçılar öz örtüklərinə 10 il, bəzi örtüklərə isə 20 il zəmanət verirlər.

Kvars qumu ilə müqayisədə abraziv tozunun sərfiyyatı 3-4 dəfə az, məhsuldarlığı isə 3-4 dəfə çoxdur. Abraziv tozundan istifadə zamanı antikorroziya işlərinin yerinə yetirilməsi müddəti nəzərəçarpacaq dərəcədə azalır, deməli, abraziv materialın qənaətindən əlavə əmək sərfiyyatı da azalır.

Kvars qumu hissəciklərinin hazırlanan səthə dəyməsi zamanı 15-30 mikron diametrli çoxlu narın toz yaranır ki, iş sahəsinin çirklənməsindən əlavə, o, həm də  70-85% kvars qumu ilə örtülmüş olan səthinin pikləri arasına dolur. Bu hissəciklərin çıxarılması üçün böyük əmək sərfiyyatlı olan toztəmizləmə əməliyyatlarının həyata keçirilməsi tələb edilir (yüksək təzyiqli su ilə təmizlənmə) ki, bu da pul vəsaitlərinin və əməyin sərf edilməsinə gətirib çıxarır. Belə əməliyyatların icra edilməməsi isə səth ilə vurulan örtük arasında boşluqların yaranmasına gətib çıxarır, nəticədə metal paslanmağa başlayır, 2-3 il keçdikdən sonra isə ankorroziya örtüyünün qopması baş verir.  Abraziv tozu tətbiq edilməsi göstərilən problemi aradan qaldırır, belə ki, dən strukturu və onların diametri səthin onunla işlənməsindən sonra orada tozun yaranmasına mane olur. Keçirilmiş sınaqlarla sübut edilib ki, səthin abraziv tozla qumşırnaqlı  hazırlanması sonrası səth 15-20% narın toz ilə örtülür, həm də həmin hissəciklər səthdən fırça və ya səthin şişirdilməsi yolu ilə tam aradan qaldırılır.

Abraziv tozu polietilen içlikli, 1 ton tutumlu MKR 1 (biq-ben) yumşaq konteynerlərinə yerləşdirilir. Rütubət keçirməyən qablaşdırma abrazivin açıq meydançada, o cümlədən qeyri-qənaətbəxş hava şəraitində öz xüsusiyyətlərinin saxlanmasını təmin edir.